İranda mədən çökdü, ölən var

12 Oktyabr 2019 17:18 (UTC+04:00)

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətində xromit mədəni çöküb. SİA-nın İran mətbuatına istinadla verdiyi məlumata görə, bunu vilayətin Türbət-Heydəriyyə rayonu fövqəladə hallar və təcili yardım mərkəzinin direktoru Məhəmməd Cavad Əmiri deyib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında qeydə alınan hadisədə bir nəfər həlak olub, bir nəfər isə yaralanıb.

Yaralı xəstəxanaya çatdırılıb.