Nazarbayev: "Dostlar, tanışlar çox xahiş edirlər ki, sərgi təşkil edim”

12 Oktyabr 2019 05:33 (UTC+04:00)

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev istefasından sonra rəssamlıq etməyə başlayıb.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə eks-prezident özü məlumat verib. Onun sözlərinə görə, peyzajlar çəkməyə başlasa da, bəzi dövlət işlərini də görür:

“Müxtəlif ölkələrlə ticarət, qarşılıqlı əlaqələr məsələlərini nəzarətdə saxlayır, müqavilələr bağlayıram. Bununla yanaşı, təbiət rəsmləri çəkirəm. Artıq 30 rəsmim var. Düşünmürəm ki, şedevr yaradıram. Ancaq dostlar, tanışlar çox xahiş edirlər ki, sərgi təşkil edim”.

Qeyd edək ki, Nursultan Nazarbayev bu ilin martında istefa verib.