Sabunçu rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

12 Oktyabr 2019 00:22 (UTC+04:00)

Bakının Sabunçu rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Abbasova Fatimə Namiq qızını avtomobil vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.