İraqda zəvvarları aparan avtobus qəzaya düşdü 8 ölü

11 Oktyabr 2019 17:30 (UTC+04:00)

İraqda iranlı zəvvarları aparan iki avtobus toqquşub. SİA-nın verdiyi məlumata görə, hadisə nəticəsində 8 nəfər həlak olub. Daha 30 nəfər müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Qeyd olunur ki, zəvvarlar Ərbəin ziyarətinə gedirmiş. Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.