Oktyabrın 12-13-də Hövsan Olimpiya İdman Kompleksində kunq-fu üzrə açıq Bakı kuboku turniri keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə paytaxt və bölgələrdən 200-ə yaxın idmançı iştirak edəcək.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Kunq-Fu Federasiyası tərəfindən keçiriləcək yarışda bütün yaş kateqoriyasında olan idmançılar mübarizə aparacaqlar.