Elxan Şirinov: "Bacım xəstəlikdən, qardaşım döyüşdə ölüb"

11 Oktyabr 2019 14:30 (UTC+04:00)

Müğənni Elxan Şirinov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, gənc yaşda ailəsinin yaşadığı faciələrdən danışıb: “1972-ci ildə 19 yaşlı bacım xəstəlikdən dünyasını dəyişib. 1980-ci ildə qardaşım Əfqanıstan müharibəsində həlak olub. Bu hadisədən sonra 50 yaşında atamın gözü tutuldu. 16 il gözləri görməyib. Sonra isə vəfat edib. 16 il heç kimə yük olmaq istəməyib. O, rəhmətə gedəndə yanında ola bilmədim. Ailəmə sevgimi istədiyim kimi göstərə bilməmişəm”.