Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb

11 Oktyabr 2019 04:51 (UTC+04:00)

Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

SİA xəbər verir ki, Qala qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Abuzərov Elman Rauf oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəqıiyyat vasitəsini dirəyə çırpıb.

Qəza nəticəsində E.Abuzərov ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.