"Azərbaycanda gördüyüm infrastruktura heyran qaldım" - Jan-Rene Furniye

11 Oktyabr 2019 01:38 (UTC+04:00)

Azərbaycanda gördüyüm infrastruktura heyran qaldım.

SİA xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye deyib.

“Sizin çox müdrik Prezidentiniz var”, - deyən Kantonlar Şurasının sədri Azərbaycanın bir çox layihələrin təşəbbüskarı olduğunu bildirib.

Kantonlar Şurasının sədri vurğulayıb ki, İsveçrə ilə Azərbaycan arasında oxşarlıqlar çoxdur. Biz böyük güclərlə əhatə olunmağımıza baxmayaraq, iqtisadi gücümüzün hesabına müstəqilliyimizi qoruya bilirik. Azərbaycan bizim üçün dost ölkədir. Biz bu ölkə ilə uzun illərdir əməkdaşlıq qurmuşuq və əlaqələrin daha da inkişafına səy göstəririk.