“Araz” klubu avrokuboklardakı növbəti oyununda ağır məğlubiyyətə üzülüb

11 Oktyabr 2019 01:04 (UTC+04:00)

Futzal üzrə Azərbaycan çempionu “Araz” klubu avrokuboklarda növbəti oyununu keçirib.

SİA xəbər verir ki, Naxçıvan təmsilçisi Çempionlar Liqasının 2019/20 mövsümündə ikinci qarşılaşmasında “Benfika” komandası ilə üz-üzə gəlib.

Oyun Portuqaliya çempionunun darmadağını ilə yekunlaşıb. Rəqib "Araz"a 7:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, əsas mərhələnin qarşılaşmalarının Belçikada keçirilən 2-ci qrupunda mübarizə aparan futzalçılarımız ilk matda ev sahiblərinin “Halle Qooik” klubuna 1:5 hesabı ilə uduzub. “Araz” qrupda son oyununu oktyabrın 12-də Ukraynanın “Xerson” klubuna qarşı keçirəcək.