Məsut Özil qışda “Fənərbağça”ya keçir?

10 Oktyabr 2019 20:31 (UTC+04:00)

İngiltərənin “Arsenal” futbol klubunun yarımmüdafiəçisi Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər. Belə ki, 30 yaşlı futbolçunu İstanbulun “Fənərbağça” komandası transfer etməkdə israrlıdır.

İstanbul klubu qış fasiləsində təcrübəli futbolçunun keçidini həll etmək istəyir. Klub rəhbərliyi Özili icarə əsasında heyətinə qatmaq üçün “topçular”la danışığa başlayıb. Cari mövsüm Premyer Liqada cəmi 1 oyunda meydana çıxan futbolçu özü də London klubundan ayrılmaq niyyətindədir. Qeyd edək ki, Özilin “Arsenal” komandası ilə müqaviləsi 2021-ci ilin yayınadək etibarlıdır.