Azərbaycana qanunsuz yolla gətirilən siqaret və spirtli içkilər aşkarlanıb

10 Oktyabr 2019 15:00 (UTC+04:00)

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə siqaret və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Ford Transit 330", "VAZ-21099" markalı avtomobillər saxlanılıb və sürücülər şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaşlar nəqliyyat vasitələrində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən üzərində "Çarskaya Zolotaya" yazılan 6 ədəd 1 litrlik, üzərində "Russkiy Standart yazılan 6 ədəd 1 litrlik, üzərində "Novaya Vodka" yazılan 6 ədəd 700 ml.-lik, üzərində "Qomel Veçernıy" yazılan 3 ədəd 700 ml.-lik, üzərində "Çar Vodka" yazılan 1 ədəd 1 litrlik, üzərində "Çarskaya Vodka" yazılan 1 ədəd 1 litrlik və "Baileys Original" yazılan 4 ədəd 1 litrlik spirtli içkilər, üzərində "Qilzı popirosı" yazılan 200 ədəd tütün doldurmaq üçün kağız filtiri və "Marlboro Filter Plus" markalı 2000 ədəd siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.