Fatma Mahmudovadan Zümrüdə: "Sən heç kimsən" VİDEO

10 Oktyabr 2019 14:06 (UTC+04:00)

Ötən gün “Maşın” realiti şounun gedişi zamanı daha bir qalmaqal yaşanıb. SİA-nın məlumatına görə, bu dəfə Xalq artisti Fatma Mahmudova ilə aktrisa Zümrüd Qasımova üz-üzə gəlib.

F.Mahmudova Zümrüdü hörmətsizlik etməkdə günahlandırıb: “Mənimlə heç kim kəllə-kəlləyə gəlməsin. Heç kimlə işim yoxdur. Özümə qarşı olan hörmətsizliyə görə bir nəfərdən üzümü çevirmişəm. Sən kimsən? Mənim üçün heç kimsən”.

Z.Qasımova Fatma xanımın bu sözlərinə belə cavab verib: “Mən beş nəfərdən üzümü çevirmişəm. Ayıb olsun, bu da sizin böyüklüyünüz. Siz mənimlə belə danışa bilmərsiniz".

F.Mahmudova isə ona bu sözlərlə qarşılıq verib: “Sənə ayıb olsun ki, özündən böyüyə “ayıb olsun” deyirsən, mən yaşda qadını ayaq üstdə saxladın. Oturmusan, demirsən ki, gəl otur. Mən necə ürəyə malik insanam. Yıxılana balta çalmıram. O, mənim gözümdə artıq ifritdir. O qədər sevdiyim insan hörmətsizliyinin qurbanı oldu”.