Azərbaycanla Türkiyənin ticarət əməliyyatlarının həcmi artıb

10 Oktyabr 2019 11:08 (UTC+04:00)

Azərbaycanın ticarət tərəfdaşı olan ölkələr sırasında Türkiyə ikinci yerdədir. SİA xəbər verir ki, bu sözləri İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün, 10 oktyabr tarixində Bakıda keçirilən “Standartların tətbiqi - Azərbaycan-Türkiyə əməkdaşlığı” beynəlxalq konfransında deyib.

Nazir müavini bildirib ki, bu ilin 8 ayında iki ölkə arasında ticarət əməliyyatlarının həcmi 2,7 milyard ABŞ dolları təşkil edib və bu da ötən illə müqaisədə 30 faiz artımdan xəbər verir.