Pediatr-neonatoloq-reanimatoloq - Təranə Göyüşova Həkimlərimizi tanıyın

10 Oktyabr 2019 10:00 (UTC+04:00)

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə təcrübəli həkim, balaca pasiyentlərinə qarşı çox mehriban və diqqətcil olan pediatr-neonatoloq-reanimatoloq Dr.Təranə Göyüşovanı təqdim edirik.

1992-ci ildən əmək fəaliyyətinə pediatr-neonatoloq-reanimatoloq kimi başlayan və bu günə qədər fasiləsiz olaraq sevdiyi bu peşə ilə məşğul olan DR.TƏRANƏ GÖYÜŞOVA Mərkəzi Gömrük Hospitalının Neonatologiya bölümündə vaxtında və vaxtından əvvəl doğulmuş uşaqlara ilk reanimasiyon yardım və sonraki təqib, traxeya intubasiyası, mərkəzi damarların kateterizasiyası, Pediatriya bölümündə - usaqların ümumi müayinəsi, diaqnostikası və müalicəsi (ürək-qan-damar tənəffüs, mədə-bağırsaq, ifrazat, sinir sistemləri), vaksinasiyanın aparılması və s. işləri həyata keçirir.

Dr.Təranə Göyüşova 1991-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Pediatriya İnstitutunda pediatriya ixtisası üzrə internatura keçmişdir.

Dr.Təranə Göyüşova 2007-ci ildə Avstriyada, Graz Landeskrakenhhaus Universitet klinikasının neonatologiya şöbəsində, 2009-cu ildə Türkiyənin Hacettepe Universitetinin uşaq xəstəxanasında, həmin ildə Avstriyada, Graz Landeskrakenhhaus Universitet klinikasında, 2010-cu ildə Türkiyənin Ankara Universitetinin uşaq xəstəxanasında yenidoğulmuşların reanimasiya şöbəsində, 2018-ci ildə Avstriyada, Medical University of Graz-ın Pediatriya departamentinin yenidoğulmuşlar şöbəsində çalışmışdır.

Dr.Təranə Göyüşova öz üzərində daim çalışan, müxtəlif ölkələrdə keçirilən forumlarda, konfranslarda müntəzəm iştirak edən, biliklərini artıran və iş təcrübəsində bu bilikləri tətbiq edən təcrübəli uşaq həkimidir. O, 2003-cü ildə Avstriyada keçirilən pediatrik kardiologiya, 2013-cü ildə Türkiyədə keçirilən Neonatoji konqresdə, 2014-cü ildə Belçikada Beynəlxalq Pediatrik Pulmonologiya konqresində, 2015-ci ildə Türkiyədə keçirilən İtaliyan-Türk-İran Pediatrik konqresində, 2016-cı ildə Almaniyada Spandau LKH-də neontoloji intensiv terapiya kursunda, 2018-ci ildə Azərbaycanda keçirilən Neonatologiya üzrə Azərbaycan-Türkiyə 1-ci intensiv təlim kursunda və digər beynəlxalq tədbirlərdə iştirak etmişdir. 2014-ci ildən Səhiyyə Nazirliyinin neonatal xidmətinin təkmilləşdirilmə komissiyasının üzvüdür.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/tarana-goyshova/ Dr. Təranə Göyüşovanın qəbuluna yazılmaq üçün əlaqə nömrələri: (012) 404-08-08.