Paşinyanın seçkilərə müdaxiləsi iğtişaşlar vəd edir

9 Oktyabr 2019 17:04 (UTC+04:00)

Ermənistan hakimiyyəti Dağlıq Qarabağın qondarma prezidentinin bu dəfə öz namizədi olması üçün hər yola əl atar. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu tert.am-a müsahibəsində siyasi texnoloq Armen Badalyan deyib.

Armen Badalyanın fərziyyələrinə görə, Masis Mayilyan hazırda Ermənistan hakimiyyətinə sərfəli namizəddir. Məhz buna görə də hakimiyyət komandası onun namizədliyini dəstəkləmək qərarındadır. Onun sözlərinə görə, namizədliyini elan edənlərdən əlavə yeni namizədlər də meydana çıxacaq.

Siyasi texnoloq qeyd edib ki, öz namizədini təyin etməkdə və dəstəkləməkdə Paşinyan müvəffəq olarsa, Dağlıq Qarabağın bütün güc sisteminin tamamilə Ermənistan Respublikası baş nazirinin təsiri altına düşəcəyi təkzib edilə bilməz. Armen Badalyan qeyd edib ki, Ermənistan hakimiyyətinin bu dəstəyi Dağlıq Qarabağda narazılıq dalğasına səbəb ola bildiyi təqdirdə, Dağlıq Qarabağdakı seçkilərə təzyiqlər həddindən artıq güclü ola bilər.

Nəticədə bu da qarşıdurmalar və ixtişaşlar deməkdir. Deməli, qondarma respublikada, əslində isə, Azərbaycan torpaqlarında qondarma prezident seçkiləri Ermənistan üçün qarşıdurma və ixtişaşlar vəd edir.