Basketbol üzrə Azərbaycan çempionatındakı oyunlar açıqlanıb

9 Oktyabr 2019 16:04 (UTC+04:00)

Oktyabrın 10-da basketbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək. SİA-nın məlumatına görə, XXVII dəfə keçiriləcək yarış bir sıra yeniliklərlə təşkil olunacaq.

Region klublarının da qatılacağı birincilikdə qalib adı uğrunda 8 komanda mübarizə aparacaq. Bunların əksəriyyəti yeni formalaşdırıblar. Həmçinin müəyyən müddətdən sonra komandalara gənclərin təcrübəsini artırmaq məqsədilə legionerlər də cəlb ediliblər.

"Atletik”, "Atom", "Zirvə Astara", "Gəncə", "Sərkərdə", "Sıçrayış", "80-lər" və "Xırdalan" klublarının iştirakı ilə təşkil olunacaq XXVII Azərbaycan çempionatının rəsmi açılış mərasimi sabah saat 19:30-da "Sərhədçi" Olimpiya İdman Mərkəzində baş tutacaq. Mövsüm isə "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq "Gəncə" - "Zirvə Astara" oyunu ilə start götürəcək.

Turun digər qarşılaşmaları Azərbaycan Dövlət Texniki Universitetində oynanılacaq.

Çempionatın reqlamentində də dəyişiklik edilib. Yeni qaydalara əsasən komandalar dairəvi sistemlə 3 dövrədə üz-üzə gələcəklər. Bunun ardınca isə hər bir iştirakçının qatılacağı pley-off başlayacaq. Əsas mərhələdə 1-ci olan 8-ci ilə, 2-ci 7-ci ilə, 3-cü 6-cı ilə və 4-cü 5-ci ilə mübarizə aparacaq. 1/4 finalın qalibləri mükafatlar uğrunda yarışı davam etdirəcəklər. Çempionun adı mayın sonu və ya iyunun əvvəlində bilinəcək.

Birinci dövrə
I tur
10 oktyabr
20:00. "Gəncə" - "Zirvə Astara"
"Sərhədçi" OİM

12 oktyabr
12:00. "Sərkərdə"- "Atom"
Azərbaycan Dövlət Texniki Universiteti

14:00. "Xırdalan"- "Atletik"
Azərbaycan Dövlət Texniki Universiteti

16:00. "Sıçrayış"- "80-lər"
Azərbaycan Dövlət Texniki Universiteti