“Məktəblərdə futbol dərsi” layihəsi Qubada təşkil olunub

9 Oktyabr 2019 15:54 (UTC+04:00)

AFFA və Təhsil Nazirliyinin dəstəyi ilə Quba rayonunda Rəhman Məmmədov adına Alekseyevka kənd orta məktəbdə “Məktəblərdə futbol dərsi” layihəsinə start verilib. SİA-nın məlumatına görə, sağlam həyat tərzinin təbliği, şagirlərin futbola marağının artırılması məqsədilə həyata keçirilən layihədə məktəbin V və VII sinif şagirdləri (qız, oğlan) iştirak edirlər.