ABŞ Suriyadakı vəziyyətlə bağlı "təhlükəli oyun" oynayır Sergey Lavrov

9 Oktyabr 2019 15:24 (UTC+04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ Suriyadakı vəziyyətlə bağlı "təhlükəli oyun" oynayır, bu bütün bölgəni qarışdıra bilər.

"Amerikalılar əlbətdə başa düşməlidirlər ki, son iki ildə Suriyanın şimal-şərqində onların iştirakı ilə baş verən proseslər Təhlükəsizlik Şurasının Suriya Ərəb Respublikasının ərazi bütövlüyü və suverenliyinə hörmətlə bağlı qətnaməsinin tələblərinin birbaşa pozulmasıdır", Lavrov deyib. SİA-nın verdiyi xəbərə görə, Lavrov deyib ki, ABŞ kvazi-dövlət strukturları yaradır, onların fəaliyyətini təmin edir və kürd mövzusunu çox fəal şəkildə təbliğ edirdi.