Ermənistana milyardlarla dram ziyan dəyib

9 Oktyabr 2019 11:34 (UTC+04:00)

Ermənistan dövlətinə dəymiş ziyanın məbləği 3,6 milyard dramdan çox olub. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan Respublikası Mərkəzi Bankının sədri deyib.

Məlumatda qeyd olunur ki, İstintaq Komitəsinin 5 illik yubiley iclasında baş nazir Nikol Paşinyan da iştirak edib. İclasda çıxış edən Ermənistan Respublikası İstintaq Komitəsinin sədri Ayk Qriqoryan, qurumun heç bir məhdudiyyət olmadan konstitusiya səlahiyyətlərini həyata keçirmək üçün kifayət qədər potensiala sahib olduğunu qeyd edib.

Qeyd edək ki, Qayk Qriqoryanın nitqini Ermənistan Respublikası İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayımlayıb.

“Son beş ildə 7 milyard 100 milyon dram maddi ziyan olub və 457,3 milyon dram dəyərində əmlak ələ keçirilib”, deyə Ayk Qriqoryan bildirib.