Almaniyada təyyarə qəzaya uğrayıb

8 Oktyabr 2019 20:32 (UTC+04:00)

Almaniyanın Reynland-Pfalz əyalətinin Trir-Saarburq bölgəsində “F-16” tipli qırıcı təyyarə qəzaya uğrayıb. Bu barədə SWR teleradioşirkəti məlumat verib. Xəbərdə deyilir ki, hadisə zamanı pilot təyyarəni tərk etməyə müvəffəq olub. Polis təyyarənin yaşayış məntəqələrindən kənar əraziyə düşdüyünü açıqlayıb.