Tovuz sakinindən narkotik maddə götürülüb

8 Oktyabr 2019 20:03 (UTC+04:00)

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tovuz Rayon Polis Şöbəsi və Rayon Mühafizə Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Y.Ramazanovdan 492 qram marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.