Liviyadakı nümayişlər dünya neft ixracına təsir edir. SİA-nın xəbərinə görə, bu hadisələrin fonunda ötən gün dünya bazarlarında neftin qiyməti artıb. Belə ki, London birjasında "Brent Crude Oil" markalı neft 0,78 dollar bahalaşıb. Bu markadan olan "qara qızıl"ın qiyməti 112,14 dollar təşkil edib.
Nyu-York birjasında isə neftin bir barelinin qiyməti 0,60 dollar artaraq, 97,88 dollara çatıb.