Türkiyə ifaçısının “Eurovision- 2011” mahnı müsabiqəsində ifa edəcəyi mahnı məlum olub- FOTO

26 Fevral 2011 20:59 (UTC+04:00)
Türkiyəni Almaniyada keçiriləcək 56-cı "Eurovision- 2011" mahnı müsabiqəsində təmsil edəcək "Yüksek Sadakat" qrupunun ifa edəcəyi mahnı bəlli olub. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, qrup Türkiyəni müsabiqədə "Live it up" (Həyatını Yaşa) adlı musiqi ilə təmsil edəcək.

Türkiyənin müsabiqədə ifa edəcəyi mahnı dünən Bakı vaxtı ilə 19.30-da TRT-də canlı yayımda kanalın direktoru İbrahim Şahinin və "Yüksek Sadakat" qrupun üzvlərinin iştirak etdiyi mətbuat konfransında açıqlanıb.

Kanalın direktoru İ. Şahin hazırlıq prosesində yorulduqlarını, ancaq buna baxmayaraq çox sevincli olduqlarını bildirib: "Bu il Türkiyəni müsabiqədə "Yüksek Sadakat" qrupu təmsil edəcək. Qrupun müsabiqədə ifa edəcəyi mahnı üçün əvvəlcə 3 ifa təqdim olunub, ancaq onlardan biri əsas seçilib. Bu mahnı da "Live it up" adlanır".