Masallı rayonunda intihar hadisəsi baş verib. SİA-nın cənub bürosunun məlumatına görə, rayonun Ərkivan qəsəbə sakini,1974-cü il təvəllüdlü Zaur Şahverən oğlu Məmmədov bu gün səhər saatlarında yol kənarındakı dirəkdən asılmış vəziyyətdə aşkarlanıb.
Mərhumun subay olduğu bildirilir. Faktla bağlı Masallı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.