Nikola Sarkozi Türkiyədə

26 Fevral 2011 09:34 (UTC+04:00)

Fransa prezidenti Nikola Sarkozinin Türkiyə səfəri başlayıb. G-20 sədri qismində Ankaraya gələn Sarkozi burada 6 saat qalacaq.

SİA-nın xəbərinə görə, Fransa prezidenti Türkiyə prezidenti Abdulla Güllə görüşüb.

Görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Daha sonra Sarkozi Anıtqəbiri ziyarət edib.

Fransa prezidenti baş nazir Ərdoğanla da görüşdükdən sonra Türkiyədən ayrılıb.