Türkiyədə xidməti mikroavtobus aşıb Yaralılar var
6 Oktyabr 2019 15:00 (UTC+04:00)
Türkiyədə xidməti mikroavtobus aşıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 06:30-da baş verib. Qəza nəticəsində 11 nəfər xəsarət alıb.
Hadisə yerinə çox sayda təcili yardım maşınları və polis cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Yaralıların həyatı üçün təhlükə olmadığı qeyd olunur.