Azərbaycan Prezidenti Gürcüstanın daxili işlər nazirini qəbul edib

26 Fevral 2011 04:02 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Gürcüstanın daxili işlər naziri Vano Merabişvilini qəbul edib.

SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən daxili işlər orqanları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.