Müdafiə naziri Səfər Əbiyev Beynəlxalq Hərbi İdman Şurasının prezidentini qəbul edib

26 Fevral 2011 03:39 (UTC+04:00)
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Beynəlxalq Hərbi İdman Şurasının prezidenti polkovnik Hamad Kalxabanı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Hərbi İdman Şurası ilə Azərbaycanın Müdafiə Nazirliyi arasında olan əlaqələrdən və bu əməkdaşlığın gələcək inkişaf məsələlərindən danışılıb.