Almaniyada iki nəfər bir şirkətə məxsus kolbasaları yedikdən sonra dünyasını dəyişib

5 Oktyabr 2019 06:03 (UTC+04:00)

Almaniyanın Hessen şəhərində iki nəfər “Wilke Wurstwaren” şirkətinə məxsus kolbasaları yedikdən sonra dünyasını dəyişib.

SİA “RİA Novosti”yə istinadla xəbər verir ki, ət məhsullarında “Robert Koch” İnstitutunun laboratoriyasında listerioz infeksiyası aşkarlanıb.

Şirkətin məhsullarını qəbul edən daha 37 nəfərdə bakterial infeksiyaya yoluxma sübut edilib.

Almaniyada 80 ildən çox kolbasa istehsalı ilə məşğul olan bu şirkətin məhsulları satışdan çıxarılıb.

Qeyd edək ki, Almaniyada son iki ildə 20 nəfər listerioza yoluxub, onlardan 3 nəfəri ölüb, bir hamilə qadın isə vaxtından əvvəl doğuş keçirib. Sözügedən bakterial infeksiya “Offerman” ət məhsullarında aşkarlanmışdı.