NATO-ya aid 15 neft daşıyan maşın havaya uçuruldu

26 Fevral 2011 02:43 (UTC+04:00)

Pakistanın şimal-qərbindəki Pişəvər şəhərindən Əfqanıstandakı NATO qüvvələrinə neft daşıyan maşınlar hücuma məruz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 15 maşının yandırıldığı hücumda 4 nəfər həyatını itirib.

 

Polis partlayışda saatlı bombadan istifadə edildiyini açıqlayıb. Ölənlərin sürücülər, yaxud da köməkçiləri olduğu bildirilir.

 

Qeyd edək ki, Əfqanıstandakı NATO qüvvələrinə ərzaq və yanacaq aparan nəqliyyat vasitələrinə Pakistandan keçərkən tez-tez hücum edilir.