YAP Tərtər rayon təşkilatının Cəhləbad ərazi ilk partiya təşkilatında cari ilin sonunda keçiriləcək növbəti bələdiyyə seçkilərinə hazırlıq işləri ilə bağlı görüş keçirilib.
Görüşdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin verdiyi müsbət nəticələrdən və bunun sayəsində vətəndaşların firəvanlığının daha da yaxşılaşdırılmasına göstərilən qayğıdan, ölkəmizdə siyasi sabitliyin və əmin-amanlığın bərqərar olmasından, regionların, o cümlədən cəbhə bölgəsi Tərtər rayonuna göstərdiyi diqqət və qayğıdan danışıb.
Rayon təşkilatının sədri, həmçinin, ölkəmizdə keçiriləcək yerli özünüidarəetmə orqanları olan bələdiyyələrə seçkilərlə bağlı hazırlıq işlərinə toxunub: "Ölkəmizdə keçirilən bütün seçkilər, o cümlədən, bələdiyyə seçkiləri demokratik, şəffaf və aşkarlıq şəraitində keçirilib. Bunun səbəbi isə, bu şəffaflığa YAP daima diqqət yetirib. Buna görə də, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də partiyamız mütləq qələbə əldə edəcək".
R.Şabanov son dövrlərdə radikal müxalifətin ölkə daxilində, eləcə də, xaricdəki emissarları tərəfindən ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası barədə də məlumat verərək qeyd edib ki, hər bir vətəndaş, xüsusilə, artıq 26 ildir ki, hakim siyasi partiya olan YAP-ın üzvlərinin bu kimi çirkin oyunları törədənlərə layiqli cavab verməyi və bu istiqamətdə ərazi ilk partiya təşkilatının fəallığının artmasını mühüm vəzifə olaraq qarşıya qoydu.
Görüşdə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Xəyal Aslanov, partiya və əmək veteranı İmam Almuradov, partiya üzvləri Gülbəniz Məmmədova, Almaz Quliyeva və başqaları da bildiriblər ki, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti, birmənalı şəkildə dəstəkləyən kənd sakinləri, həmişə olduğu kimi, bundan sonra da partiyamızın ətrafında daha sıx birləşib, ölkəmizin sürətli inkişafının davamına öz töhfələrini verəcəklər.
RƏFİQƏ HÜSEYNOVA