Birgə investisiya fondunun yaradılması barədə Türk Şurasının üzv dövlətləri arasında fikir mübadiləsi aparılır.
SİA xəbər verir ki, bunu Türk Şurasının baş katibinin müavini İsmət Gözəlov bu gün Bakıda "Türk Şurası: Naxçıvan müqaviləsinin 10 illik yubileyi" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, etibarlı bir təşkilat olaraq Türk Şurası müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verir. "İndiyədək keçirilən görüşlərin mövzusu fərqli sahələri əhatə edib. Şuranın fəaliyyəti digər beynəlxalq təşkilatların fəaliyyəti ilə uzlaşır. Bu il üzv ölkələrin birgə ticarət və sənaye palatası yaradılıb. Hazırda birgə investisiya fondunun yaradılması barədə fikir mübadiləsi aparılır", deyə Türk Şurasının baş katibinin müavini bildirib.