Paşinyanın Putinlə görüşləri qeyri-rəsmi olub

2 Oktyabr 2019 16:53 (UTC+04:00)

Vladimir Putinlə rəsmi görüşdən məhrum olan baş nazir Nikol Paşinyan Rusiya prezidentini hava limanında yola salıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə video görüntünü Ermənistan hökumətinin mətbuat xidməti yayımlayıb.

Məlumatda qeyd olunur ki, Rusiya prezidenti ilə uçuşdan əvvəl Ermənistanın baş naziri görüşüb. Həmçinin qeyd olunur ki, bu görüş gü ərzində ikinci dəfə olsa da qeyri-rəsmi olub.

Ermənistana məxsus mətbuat səhifələrində də qeyd olunur ki, görüşlər qeyri-rəsmi xarakter daşıyıb. Paşinyan bu görüş barəsində öz facebook səhifəsndə ağız dolusu yazması əslində Putinin səfəri zamanı öz əksini tapmayıb.