Qadını qatar vurub vəziyyəti kritikdir

2 Oktyabr 2019 10:13 (UTC+04:00)

Keşlə qəsəbəsi, "Çerment körpüsü" kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub. Qadın açıq kəllə-beyin travması ilə agır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan SİA-ya verilən məlumata görə, yaralının vəziyyəti kritikdir.