Ermənistanda yeni bir aksiya

30 Sentyabr 2019 17:42 (UTC+04:00)

Ermənistan paytaxtında Soros Ofisi kimi tanınan “Ermənistanın Açıq Cəmiyyəti” ofisi qarşısında, fondun ofisində vəzifəsini yerinə yetirənləri və vətəndaşları təhqir edən VETO hərəkatı üzvlərinin son vaxtlar hörmətsizliyinə qarşı aksiya keçirilib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, etiraz edənlər arasında Helsinki Vətəndaş Assambleyasının erməni bölməsinin funksionerləri Artur Sakuns və Avetik İşxanyan, "Asparez" jurnalistika klubunun idarə heyətinin sədri Levon Barseqyan, “Məlumatlı Vətəndaşlar Birliyi” İctimai Birliyinin proqram koordinatoru Daniel İoannisyan, Şəffaflıq Beynəlxalq Antikorrupsiya Mərkəzinin nümayəndələri və başqaları da olub.

Xatırladaq ki, "VETO" vətəndaş hərəkatı, Soros Fondunun Ermənistandakı fəaliyyətinə qadağa qoymağa çalışır, ofis işçilərinin və onunla işləyən şəxslərin respublika ərazisində fəaliyyətinin qadağan edilməli olduğu xarici agentlər olduğuna əmindir. Oktyabrın 1-də VETO hərəkatı, İrəvanda, birliyin üzvü olan ölkələrin rəhbərlərini və nümayəndə heyətlərini mövcud təhdidlər barədə məlumatlandırmaq məqsədi ilə aksiya keçirmək niyyətindədir.