Tovuzda ağır avtomobil qəzası baş verib

25 Fevral 2011 03:03 (UTC+04:00)

Tovuz rayonunda ağır avtomobil qəzası baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, əsasən hərbçilərin olduğu "VAZ 2107" markalı avtomobil qarşı tərəfdən hərəkət edən "Mercedes" markalı avtomobillə toqquşub.

Nəticədə əsgər Cəbrayılov Ramin Əlisəfa oğlu hadisə yerində keçinib. Xəsarət alan digər şəxslər isə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.