AMEA-nın “Elm” nəşriyyatı Kitab Sərgi-Yarmarkasında iştirak edib

30 Sentyabr 2019 12:05 (UTC+04:00)

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27-29 sentyabr 2019-cu il tarixlərində Bakı İdman Sarayında təşkil olunan VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında AMEA-nın "Elm" nəşriyyatı da təmsil olunub.

AMEA Rəyasət Heyəti aparatından SİA-ya verilən məlumata görə, sərgidə cari ildə nəşr olunan xeyli sayda elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər seçilmiş əsərlər, elmi-kütləvi kitablar, elmi jurnallar, biblioqrafik göstəricilər nümayiş etdirib. Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, eləcə də digər yerli və xarici tədbir iştirakçıları "Elm" nəşriyyatının təşkil etdiyi guşəyə xüsusi diqqət yetirib, müəssisənin nəşrlərini yüksək qiymətləndiriblər.