Əfqanıstanda seçki günü məntəqələrə edilən 113 hücum nəticəsində ən azı 32 nəfər həlak olub

29 Sentyabr 2019 00:04 (UTC+04:00)

Əfqanıstanda prezident seçkilərinin keçirildiyi gün edilən 113 hücum nəticəsində ən azı 32 nəfər həlak olub, 123 nəfər yaralanıb.

SİA xəbər verir ki, 64 hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb.

Xatırladaq ki, bu gün Əfqanıstanda prezident seçkiləri keçirilib.