Ermənistan-Rusiya, eləcə də bölgəmizdəki geosiyasi münasibətlərdə çox şey Rusiya Prezidenti Vladimir Putinin İrəvana gözlənilən səfərindən asılıdır. SİA Ermənistana məxsius aysor.am saytında yayılan məlumatlara istinadən xəbər verir ki, bu fikri aysor.am saytına verdiyi müsahibədə analitik Alla Aydiyan söyləyib.
Onun sözlərinə görə, problemlər iqtisadi məsələlərdən tutmuş, siyasi məsələlərə qədər kifayət qədər genişdir.
“Rusiyanın qaldırmağı planladığı qaz qiymətləri və Larsda növbəyə dayanan, daha doğrusu buraxılmayan yük maşınları və digər buna bənzər faktlar pozulmuş ikitərəfli münasibətlərin təzahürüdür”, deyə analitik fikirlərini aydın şəkildə açıqlayıb.
Alla Aydiyan xüsusilə vurğulayıb ki, Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının İrəvandakı iclası faktından istifadə edərək Ermənistan-Rusiya münasibətlərinə "qayıtmağa"çalışmalıdır, çünki əks halda bu Ermənistan üçün acınacaqlı vəziyyətin daha da dərinləşməsi deməkdir.
Analitikin bildirib ki, Paşinyan Ermənistan-Rusiya münasibətlərini “relsə qayıtmağa” çalışmalıdır. Onun fikirlərindən bəlli olur ki, ermənilər relsdən çıxdıqlarını etiraf edirlər və daha acınacaqlı sonluqla üz-üzə olduqlarını artıq çox gözəl başa düşürlər.