Paşinyan bərk qorxuya düşüb

28 Sentyabr 2019 13:00 (UTC+04:00)

ABŞ-dan qayıtdıqdan sonra baş nazir iclas çağırıb və Artur Vanesyan, həmçinin Sasun Mikayelyan məsələsi müzakirə edilib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, ABŞ-dan qayıtdıqdan sonra Baş nazir Nikol Pashinyan bir araya gələrək, digər məsələlər arasında Ermənistandakı daxili siyasi vəziyyəti də müzakirəyə çıxarıb.

Məlumatda qeyd olunur ki, xüsusilə, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın və "Mənim addımım" partiyasının deputatı Sasun Mikaelyanın fəaliyyəti barədə söhbət gedib. Baş nazir onların ünvanına olduqca sərt açıqlamalarla çıxış edib.

Qeyd edək ki, uzun müddətdir Ermənistan mətbuatında Nikol Paşinyan və Sasun Mikayelyan arasında gərginlik barədə müzakirələr gedir. Artur Vanetsyana gəlincə, bu göz qabağındadır.

Xatırladaq ki, Milli Təhlükəsizlik Şurasının direktoru Artur Vanesyan istefa verdikdən sonra Paşinyana qarşı çox kəskin açıqlamalar verib.

“Dövlət quruculuğunun öz məntiqi var: kortəbii qərarlar, ağılasığmaz hərəkətlər hədəfə aparan yol deyilə. Bunun, zabit ləyaqəti ilə heç bir əlaqəsi yoxdur. İstefam, "Dur!" İşarəsi altında ayıq bir addım olsun. Digər bütün hallarda vətən qarşısında vəzifə borcu qalib olacaq", deyə Vanesyan bəyan edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan Los-Ancelesdə keçirdiyi mətbuat konfransı zamanı Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanın istefasını şərh edərkən, Vanetsyan öz ifadəsində zabit şərəfinə toxunub və Ali Baş Komandana qarşı ifadə verməklə isə öz paqonlarını zibil qutusuna atıb deməklə, Milli Təhlükəsizlik Xidmətinin direktoruna cavab verdiyini zənn edib.

Bu açıqlamaya cavab olaraq Artur Vanetsyan Baş nazir Nikol Paşinyanın az bildiyi, dərk etmədiyi şeylər haqqında yenidən danışdığını bəyan edib. Hətta, sonda zibillikdə nəyin və kimin olacağını zaman göstərər deyərək erməni baş nazirə tutarlı cavab verib.

Görünür, bu deyişmələrdən sonra Ermənistanın baş naziri məsələnin ciddiliyini dərk edib və Vanesyanın onun dostu olduğu, ayılmaq lazım olduğu barədə fikirlərin gündəmə gətirilməsi təsdiq edir ki, Nikol Paşinyan bərk qorxuya düşüb.