Kürdəmirdə ikimərtəbəli bina yanıb

28 Sentyabr 2019 09:23 (UTC+04:00)

Kürdəmirdə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Kürdəmir rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli binanın (dam örtüyü taxta və qamışdan ibarətdir) ikinci mərtəbəsinin 2 otağında ev əşyaları 20 m² sahədə yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.