Taliban Əfqanıstanda 15 polisi öldürüb

26 Sentyabr 2019 22:03 (UTC+04:00)

Taliban terrorçuları Əfqanıstanın şimalındakı Fəryab vilayətində polis məntəqəsinə hücum edib. Axar.az xəbər verir ki, hücumdan sonra baş verən qarşıdurmada 15 polis öldürülüb, 15-i yaralanıb. Terrorçuların da itki verdiyi bildirilir.