Ermənistanın polis əməkdaşı qanunsuz narkotik ticarətinə sponsorluq edir. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin İstintaq İdarəsi, İran İslam Respublikasından bir İran vətəndaşının Ermənistan vətəndaşı ilə birlikdə müxtəlif növ narkotik vasitələrin qaçaqmalçılığı işini araşdırır.
Məlumatda qeyd olunur ki, istintaq tədbirləri nəticəsində məlum olub ki, narkotik ticarətinə və qaçaqmalçılığa bir məmur, daha dəqiq deəsk erməni polis tərəfindən sponsorluq edilir. Həmçinin vurğulanır ki, ilkin araşdırma zamanı əldə edilmiş sübutlara görə, göstərilən vəzifəli məmur, həmin polis xidmətin maraqlarına zidd hərəkətlər edib, habelə, xidməti vəzifələrini şəxsi mənfəət üçün yerinə yetirməyib.
Cinayət işinin materiallarına əsasən, cinayət işinin başlanılması və bunun nəticəsi olaraq Ermənistan Respublikasının Xüsusi İstintaq Xidmətinə göndərilməsi məqsədilə Cinayət Məcəlləsinin 308-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə məddəsi ilə cinayət işi açılıb.