Üç ölkənin XİN başçıları Tbilisidə görüşəcəklər

26 Sentyabr 2019 17:48 (UTC+04:00)

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti görüşü oktyabrda Tbilisidə keçiriləcək. SİA xəbər verir ki, bu barədə Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov və David Zalkalianinin BMT-nin Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirdikləri görüşdə razılıq əldə olunub.

Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığının inkişaf perspektivləri, regional məsələlər, o cümlədə irimiqyaslı regional layihələr müzakirə ediləcək.

Məlumat üçün qeyd edək ki, hər üç ölkənin xarici işlər nazirləri arasında sonuncu görüş 2018-ci il oktyabrın 29-da İstanbulda keçirilib.

Məlumata görə, növbəti üçtərəfli görüş oktyabrın 16-na nəzərdə tutulub.