Rusiyanın Regnum informasiya agentliyinin baş redaktoru Modest Kolerov “168 jam” qəzeti ilə söhbətində Rusiyanın prezidenti Vladimir Putinin Ermənistana gözlənilən səfəri məsələsinə toxunub.
Bu barədə adıçəkilən qəzet yazır və qeyd edir ki, Kolerovun dediyinə görə, Putinin Ermənistana səfəri soyuq keçəcək: “Gəlin onu da nəzərə alaq ki, Putin Ermənistan respublikasına səfər etmir, məqsəd Avrasiya İqtisadi İttifaqının ali şurasının iclasıdır. Yəni Avrasiya İqtisadi İttifaqının gündəliyi və qəbul edən tərəf özünün ikitərəfli gündəliyini təqdim etməlidir ki, ikitərəfli görüş olacaq, yoxsa ki, olmayacaq. Ermənistan tərəfinin dəqiq gündəlik formalaşdırması vacibdir”.
Kolerov digər məqama da toxunaraq bildirib ki, Rusiya erməni tərəfinin bu və ya digər bəyanatlarını rədd edir. “Kəşfiyyat barədə, Paşinyanla Mirzoyanın “Arstax Ermənistan deməkdir” kimi ismarıcları hansı mənanı daşıyır? Bu, danışıqlar prosesinin sonudur və 20 illik danışıqlar prosesi səhv idi”, deyə Kolerov qeyd edib və belə bəyanatları boş ifadələrdir. O, həmçinin deyib ki, bənzər bəyanatlardan sonra Moskvanın narahatlıq keçirməsi, əsəbiləşməsi təbiidir.