Liviyanın dövlət başçısı Qəddafinin "neft borularının partladılması" ilə bağlı açıqlamasından sonra neftin kəskin bahalaşması özünü biruzə verib. SİA-nın xəbərinə görə, fevralın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 4,53 dollar və ya 4,8% artaraq 1 barelə görə 98,10 dollar təşkil edib.
Fevralın 23-də ICE London qitələrarası birjasında isə apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 5,47 dollar artaraq 111,25 dollar təşkil edib.