Nadir Qafarzadə həmkarlarını niyə qınadı?

24 Fevral 2011 19:58 (UTC+04:00)
Adi tez-tez qalmaqallı sözhbətlərdə hallanan müğənni Nadir Qafarzadə yenidən medianın diqqətini cəlb etməyə müvəffəq oldu. SİA-ya açıqlama verən Nadir bu dəfə digər dildə oxuyan Azərbaycan müğənnilərini qınadı: "Mən bir vətəndaş kimi istəyirəm ki, biz öz dilimizdə oxuyaq, öz dilimizdə fikirləşib, öz millətimizi sevək. Axır ki, illər ötdükdə belə, biz biri-birimizi sevək. Biz indi də başlamışıq qeyri-millətlərin musiqisini təbliğ edib, onların dilində danışmağa. Hansı ki, o millət bizim mahnıları heç tanımır. Bəlkə də bizi heç millət kimi qəbul etmək istəmir".

Söhbət əsnasında müğənniyə xatırlatdıq ki, o da bir vaxtlar rus mahnıları ifa edib. Nadir bu sualla belə cavab verdi: "Oxudum, amma mən ruslaşmamışam. Mən onu da Azərbaycan xatirinə edirdim. Rusiyada Azərbaycanı tanıtmaq üçün rus dilində oxumalı idim. Mən gedib onlar üçün Azərbaycan mahnısı oxusaydım, onlar məni başa düşməyəcəkdilər".