Türkiyə Parlamenti Azərbaycan-Türkiyə hökumətlərarası iki sazişi ratifikasiya edib
24 Fevral 2011 03:02 (UTC+04:00)
Türkiyə Böyük Millət Məclisi (TBMM) Azərbaycan-Türkiyə hökumətlərarası iki sazişi ratifikasiya edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə Parlamenti Baş Assambleyasının ötən gün keçirilən iclasında Azərbaycan və Türkiyə hökumətləri arasında 2005-ci il iyunun 30-da imzalanan müəllif və intellektual hüquqlar sahəsində saziş və 1998-ci il iyulun 17-də imzalanmış sosial müdafiə barədə müqaviləyə əlavə saziş ratifilkasiya olunub.
Qeyd edək ki, sazişin qüvvəyə minməsi üçün bu sazişlər ölkə prezidenti tərəfindən təsdiq edilməlidir.