“Zibillikdə kimin və ya nəyin olacağını zaman göstərəcək “. SİA Ermənistana məxsus tert.am saytında ”Qraparak” qəzetinin informasiyasına əssən yayımlanan məlumatına istinadən xəbər verir ki, bunu istefada olan Artur Vanesyan deyib və baş nazir Nikol Paşinyana tutarlı cavab verib.
Məlumata görə, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan, baş nazir Nikol Paşinyanın dünənki açıqlamasını təhlil edib və bu barədə fikirlərini bölüşüb.
“Ermənistanın Baş naziri Nikol Paşinyan Los Ancelesdəki mətbuat konfransında bir daha başa düşmədikləri, bilmədikləri və anlamadıqları, barədə danışıb. İstefa etməyimə baxmayaraq, o, vəziyyətin sakitləşməsi üçün bir müddət susmağımı istədiyi üçün adamlarını davamlı olaraq yanıma göndərməyə davam edir, amma indi yenidən razılaşmaları pozduğunu və əslində heç bir şey haqqında qeyri-müəyyən populist açıqlamalar verdiyini görürəm.
Aydındır ki, ictimai əhval-ruhiyyəyə davamlı təsir göstərməyə çalışan Nikol Paşinyan artıq sözlərinin nəticələri barədə düşünədən danışır. Birdən mən düşünmədən danışmağa başlasam Paşinyan nəticələri təsəvvür edə bilirmi?
Beləliklə, "yanımızda olmayan millətin xainidir" tezisini irəli sürərək ictimaiyyəti nə qədər azdırmaq, yanlışlığa sürükləmək olar? Baş nazirə görə, kimsə bu sözlə razılaşmırsa, o birincisin göstərdiyi kimi işləyir. Mən demişəm və təkrar edirəm, məni birinci ilə əlaqə yaratmağa təhrik etməyin, və buna çalışmayın.
Hərbi biliyi olmayanın, hərbçilərin düşüncəsini və vətən qarşısında vəzifə borclarını səthi dərk edən birinin zabit şərəfini dərk etməməsi məntiqlidir. Yeri gəlmişkən, Ermənistan Respublikasının Konstitusiyasına görə, müharibə olmadıqda Baş nazir Ali Baş Komandan deyil. Təəssüf ki, bu günə qədər bu belə deyil.
İstefa məktubumu diqqətlə oxuyan, əminəm ki, nəyi nəzərdə tutduğumu yaxşı başa düşüb. Ona görə də əminəm ki, bir vaxt zibillikdə kimin və ya nəyin olacağını zaman özü göstərəcək”, deyə Vanetsyan Paşinyana öz yerini göstərib.