Narkobarondan 1 kq-dan artıq heroin götürüldü

23 Sentyabr 2019 12:31 (UTC+04:00)

Bakı polisi paytaxtda narkotiklərlə mübarizə tədbirlərini davam etdirir.

Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, idarənin Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvəllər məhkum olunan - 1966-ci il təvəllüdlü V.Qəmbərovdan 1 kq. 30 qr. heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir